Şəxsiyyət Tipologiyası Testi

MBTI


Testə başla

  • Yaş aralığı

    13+ yaş

  • Sual sayı

    32

  • Qiymət

    Ödənişsiz

Ümumi məlumat

MBTI Şəxsiyyət Tipologiyası Testi insanların informasiya toplama, qərarvermə və gündəlik həyatda davranış formalarını müəyyən etməyə kömək edən geniş yayılmış psixoloji modelə əsaslanır. MBTI dörd əsas ölçünü qiymətləndirir və bu ölçülərin kombinasiyası nəticəsində 16 fərqli şəxsiyyət tipi yaranır.

Məqsəd

Testin əsas məqsədi insanların enerji mənbələrini, məlumatı necə qəbul etdiklərini, qərarları hansı prinsiplərlə verdiklərini və həyat tərzinə hansı yanaşmanı üstün tutduqlarını müəyyən etməkdir.

Struktur

Test ümumilikdə 32 ifadədən ibarətdir. Hər bir ifadə beş ballıq Likert şkalası ilə qiymətləndirilir — “tam razı deyiləm”dən “tam razıyam”a qədər. Yüksək bal (4–5) hər sualda müəyyən bir tərəfi (E, S, T və ya J) gücləndirir.

Dörd ölçü

  • Ekstraversiya (E) / Introversiya (I): Enerji mənbəyinizi göstərir — insanlarla ünsiyyət, yoxsa tək qalma.
  • Duyumsama (S) / Intuisya (N): Məlumatı necə qəbul etdiyinizi göstərir — konkret faktlar, yoxsa ümumi mənzərə və imkanlar.
  • Düşünmə (T) / Hiss (F): Qərarları daha çox məntiqə, yoxsa dəyərlərə əsasən verdiyinizi müəyyən edir.
  • Mühakimə (J) / Qavrama (P): Həyata strukturlaşdırılmış, yoxsa çevik yanaşmanı üstün tutduğunuzu göstərir.

Tətbiq sahələri

  • Şəxsi inkişaf: Öz güclü tərəflərinizi və davranış meyllərinizi başa düşmək.
  • Karyera yönləndirilməsi: İş mühiti və rollar ilə uyğunluğunuzu müəyyənləşdirmək.
  • Komanda işi: Fərqli şəxsiyyət tipləri ilə effektiv əməkdaşlıq.

Qiymətləndirmə

Hər bir ifadə üzrə cavablar dörd ölçü üzrə bal toplayır. Yüksək bal təyin olunmuş tərəfi gücləndirir. Nəticədə istifadəçiyə ən uyğun olan 4 hərfli MBTI tipi (məsələn, INFP, ESTJ və s.) təqdim edilir.

  • Yetkinlərin qiymətləndirilməsi

  • İstinadlar

    Myers, I. B., McCaulley, M. H., Quenk, N. L., & Hammer, A. L. MBTI Manual: A Guide to the Development and Use of the Myers-Briggs Type Indicator. Consulting Psychologists Press.