GDS
Qlobal İnkişaf Skrininqi
Yaş aralığı
1 ay 0 gün - 66 ay 0 gün
Sual sayı
30
Ölçmə növü
Mütəxəssis tərəfindən, Özünü qiymətləndirmə
Qiyməti
16 ₼
Ümumi məlumat
Qlobal İnkişaf Skrininqi uşaqlarda universal inkişaf parametrlərinin (təyinedicilərin) minimum səviyyəsini təyin etməyə və buna bağlı olaraq inkişafın nə səviyyədə olduğunu təyin etməyə kömək edir. Bu testin köməyi ilə övladınızı beş əsas inkişaf istiqaməti üzrə qiymətləndirib inkişaf baxımından güclü və zəif yönlərini kəşf edə bilərsiniz. Qlobal İnkişaf Skrininqi hər hansı bir diaqnoz formalaşdırmır. Buna baxmayaraq inkişaf göstəricilərinin gözləniləndən aşağı olduğu ortaya çıxması halında sizi əlavə mütəxəssis (həkim) qiymətləndirməsinə və ya zəif bacarıqlar üçün əlavə dəstək verməyə yönləndirir. Qlobal İnkişaf Skrininqi zamanı əgər test olunan uşağın bilinən bir inkişaf problemi varsa buna uyğun olaraq müəyyən bacarıqlarda gözləniləndən aşağı nəticələr çıxa bilər.Ölçdüyü sahələr
İnkişaf Pozuntuları, İnkişaf Ləngiməsi, Autizm Spektrı Pozuntuları, İntellektual İnkişaf Pozuntusu
Kateqoriya
İnkişaf Pozuntuları, İnkişaf Skrininqi, Autizm Spektrı Pozuntuları, İnkişaf Ləngiməsi, İntellektual Pozuntu